Azərbaycanda 2026-cı ilin ilk iki ayında könüllü tibbi sığorta üzrə sığorta haqları illik müqayisədə 3.21% azalaraq 65.77 mln. manat təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın statistik bülletenində qeyd edilib.
Eyni dövrdə sığorta ödənişləri 20.84% artaraq 13.88 mln. manata yüksəlib.
Nəticədə tibbi sığorta üzrə zərərlilik əmsalı 2025-ci ilin eyni dövründəki 16.91%-dən 2026-cı ildə 21.10%-ə çatıb.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk iki ayında sığorta haqları 2024-cü illə müqayisədə 7.97% artmış, sığorta ödənişləri isə 19.43% azalmışdı.
Ümimilikdə qeyri-həyat sığortası sayılan şəxsi sığorta üzrə yığımlar ilk iki ayda 2% azalaraq 68.25 mln. manata enərkən, ödənişləri 14.27 mln. manata qalxıb.






