14 C
Baku
Tuesday, April 16, 2024

Sığortada texniki müflislərin sayı artıb

Avqustun 1-ə ödənişləri premiyaların səviyyəsini üstələyən üç sığorta şirkəti texniki müflis olublar. Ötən il uğursuzlar siahısında cəmi bir struktur var idi. 

Hamısından çox 6 mln 256 min pul yığıb baş verən hadisələrə görə 7 mln 267 min manat ödəyən «Azərbaycan Sənaye Sigorta»nın komandası zərər çəkib. Neçə ildir ki, «A-Group»da disbalans yaranır, bu il onların xəzinəsinə 3 mln 674 min manat daxil olub, ödəniş isə 3 mln 930 min manat olub. Eyni adlı bankın müflis olması səbəbindən gəlirdən məhrum olan «Royal Sigorta»nın mövcudluğunun səbəbi bəlli deyil (2 min 254 manat premiya, 8 min 313 min ödəniş). Bir tərəfdən onun fəaliyyəti maliyyə nazirinin əmri ilə dayandırılıb, digər tərəfdən adı reyestrdə var.

AR Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, yanvar-iyul aylarında «Pasha Insurance» başçılığı ilə öndə olan onluq ümumi sığorta premiyalarının 79,23%-i (251,71 mln manat) təmin edib. Müqayisə üçün – bir il əvvəl onların xüsusi çəkiçi 73,71%, 2012-ci ildə isə – 43,61% təşkil edib. Göstəricilərin sıxlaşması bu sahədən digər iştirakçıların çıxarılması deməkdir. Xidmətin rəhbəri Namik Xəlilovun bazarda artıq oyunçuların çox olması ilə bağlı proqnozları özünü doğruldur.

Beləliklə, bir qayda olaraq «Pasha Insurance» (Mehriban Əliyevanın qohumlarının holdinqi) bütün premiyaların 13,18%-i – 33,186 mln manatla liderdir. Digər pillələrdə həyatın sığortalanması ilə məşğul olan iki şirkət dayanır, bu da ilk dəfə müşahidə edilən haldır. Bunlar  25,55 mln manatla «AtəshgahHayatSigorta», 25,13 mln manatla onun birbaşa rəqibi «PashaHayatSigorta»dır. Dövlət kommersiya strukturu olan «Azersigorta»da hərbçilərin və hüquq mühafizə orqanları əməkdaşlarının icbari sığortası hesabına 23,99 mln manat yığılıb. Beşinci yerdə FHN rəhbərinin şirkəti olan «AzSigorta» – 21,22 mln, altıncı yerdə «Ateshgah» – 20,68 mln,  yeddici yerdə 16,33 mln manatla «Ipek Yolu Sigorta»dır. Sığortaçıların yüksək liqasını 12,83 mln manatla «Qala HayatSigorta» (ilk dəfə olaraq 8-ci pilləyə qalxıb), 10,73 mln manatla AXA MBASK və 9,8 mln manatla «Standard Insurance» qapayır.

Yanvar-iyul aylarında ödənişlərin həcminə görə Pasha Insurance (15,39 mln manat), Atəshgah Sigorta (8,16 mln manat), Azersigorta (7,69 mln manat) şirkətləri olub. Avqustun 1-ə ümumilikdə 77,96 mln manat ödənilib.

Son xəbərlər
Digər xəbərlər