9 C
Baku
Friday, December 13, 2024

Sığortasız avtobuslar xətdən kənarlaşdırılacaq?

Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda etdiyi dəyişikliklərə əsasən bizə sərnişinlərin icbari fərdi qəzası sığortası olmayan avtobusları xətdən kənarlaşdırmaq səlahiyyəti verilib. Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquq şöbəsinin aparıcı məsləhətçisi Cahangir Rzayev deyib.

Aparıcı məsləhətçi onu da əlavə etdi ki, “Bundan sonra sərnişinlərin icbari fərdi qəza sığortası olmadığına görə 2 dəfə cərimələnən avtobus 3-cü dəfə xətdən kənarlaşdırılacaq. Bölgələrdə yerləşən bölmələrimizin hər birinə tapşırıq verilib. Sığortasız avtobuslar saxlanılacaq və dərhal protokol tərtib ediləcək”.

Fins.az

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.