15 C
Baku
Friday, April 26, 2024

Şikayət edən istehlakçılara 214 min manata yaxın vəsait qaytarılıb

2022-ci ilin ilk 8 ayı ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində istehlakçılar tərəfindən daxil olan 3 min 843 müraciətə baxılıb ki, onların 59%-i malların (iş, xidmətlərin) qüsurlu və keyfiyyətsiz olmasına dair olub.

Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, müraciətlərin 14%-i istehlakçıların hesabda, çəkidə və qiymətdə aldadılmasına, 4%-i müqavilə şərtlərinin pozulmasına, 1%-i istehlakçılara zəruri və düzgün məlumatların verilməməsinə, 22%-i isə digər istehlakçı hüquqlarının pozulmasına dair olub.

Dövlət Xidmətindən verilən məlumata görə, müraciətlərə baxılması nəticəsində 213 min 774 manat istehlakçılara qaytarılıb, 16 min 821 manat dəymiş ziyan ödənilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər