2022-ci ilin ilk 9 ayı ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində istehlakçılar tərəfindən daxil olan 4 220 müraciətə baxılıb ki, onların 61%-i malların qüsurlu və keyfiyyətsiz olmasına dair olub.
Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, müraciətlərin 19%-i digər istehlakçı hüquqlarının pozulmasına, 16%-i istehlakçıların hesabda, çəkidə və qiymətdə aldadılmasına, 3%-i müqavilə şərtlərinin pozulmasına, 1%-i isə istehlakçılara zəruri və düzgün məlumatların verilməməsi ilə bağlı olub.
Dövlət Xidmətinin məlumatına əsasən, nəticədə 249 min 936 manat istehlakçılara qaytarılıb, 17 min 763 manat dəymiş ziyan ödənilib.