2 C
Baku
Saturday, December 14, 2024

Silahlı Qüvvələrin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinə dəyişiklik edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş, eləcə də Azərbaycan Respublikasının “Zəfər” ordeni, “Qarbağ” ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstəriləcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər