27 C
Baku
Saturday, July 27, 2024

“Silk Way Bank” bankomatdan nağd pul çıxarılmasına limit qoydu

“Silk Vey Bank” bankomatdan nağd pul çıxarılması limitini dəyişib.

Bankdan bildiriblər ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bank əməliyyatları üzrə risklərin minimum səviyyəyə endirilməsi məqsədilə “Gold” və “Platinum” plastik kartlardan ATM vasitəsilə nağd vəsaitin çıxarılması gündəlik limiti 4 min AZN/USD/AVRO məbləğində müəyyən edilib. Bankın “Gold” və “Platinum” plastik kart sahibləri 4000 AZN/USD/AVRO məbləğindən artıq vəsaitin çıxarılması üçün bankın baş ofis, filial və şöbəsinə müraciət edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər