3 C
Baku
Şənbə, Yanvar 22, 2022

“Silk Vey Vest Aviaşirkəti”nin nizamnamə kapitalı bir qədər də artırılıb

“Silk Way Holding” MMC-yə daxil olan “Silk Vey Vest Aviaşirkəti” MMC-nin nizamnamə kapitalı daha 521 435 manat və yaxud 3% artırılıb.

Şirkətin kapitalı 172 874 980 manatdan 173 396 415 manata çatdırılıb.

Bu, 2020-ci il ərzində “Silk Vey Vest Aviaşirkəti”nə 2-ci “maya qoyuluşu”dur. Bundan əvvəl şirkətin nizamnamə kapitalı 33 999 500 manat və yaxud 24,5% artırılaraq 138 875 480 manatdan 172 874 980 manata çatdırılmışdı.

Xatırladaq ki, “Silk Vey Vest Aviaşirkəti” isə 2012-ci ildə yaradılıb. Şirkət Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir.

Mənbə:Report.az
Son xəbərlər
Oxşar xəbərlər