7 C
Baku
Thursday, December 12, 2024

“Silk Vey Vest Aviaşirkəti” Azərbaycanın fond bazarından 10 mln.-luq faizli borc cəlb edir

29 aprel 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Silk Vey Vest Aviaşirkəti” MMC-nin ümumi dəyəri 10 000 000 (on milyon) dollar olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

5 may 2022-ci il tarixində “Silk Vey Vest Aviaşirkəti” MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2003023515
İstiqrazların növü və forması Faizli təmin edilməmiş sənədsiz adlı
İstiqrazların sayı 10000 (ədəd)
Nominal Dəyəri 1,000 USD
Ticarətə buraxlma tarixi 05.05.2022
İllik faiz dərəcəsi 5%
Tədavül müddəti 3 il
Kupon faizlərinin ödəniş müddəti Hər 3 (üç) təqvim ayından bir

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Son xəbərlər
Digər xəbərlər