13 C
Baku
Saturday, November 23, 2024

“Silk Vey Vest Aviaşirkəti” dollarla istiqrazlarını alan bank bilindi

“Bank Avrasiya” ASC-nin qiymətli kağızlar portfeli 2021-ci ildə 14.82 mln. manat ekvivalentinə yüksəlib.

Banker.az xəbər verir ki, bankın bu portfelinin böyük hissəsi iki dövlət şirkətinin istiqrazlarından ibarətdir.

Məsələn, 1 yanvar 2022-ci il tarixinə 5.88 mln. manatı dövlətə məxsus olan “AzerGold” QSC-nin dollarda olan istiqrazlarıdır. Bu istiqrazlar da illik 3-3.5 faiz gəlirliliyi olub.

Həmin dövrə olan hesabata görə, 2.49 mln. manat ekvivalentində olan SOCAR istiqrazlarının həcmi azalaraq 1.6 mln. manat ekvivalentinə, Maliyyə Nazirliyinin isə 2.1 mln. manatdan 1.51 mln. manata düşüb.

Bununla belə, o fond bazarında “boş” dayanmayıb. Ötən ildə ölkənin iri avia şirkətinin ABŞ dollarında olan istiqrazlarını və “Bank Respublika”nın manatda olan istiqrazlarını alıb.

Belə ki, “Silk Vey Vest Aviaşirkəti” MMC-nin 3.3 mln. manat nominal və eləcə də 3.37 mln. manat ekvivalentində dəyər daşıyan dollar istiqrazlarını alıb. Bu istiqrazlar ötən ildən tranşlarla emissiya edilir ki, illik olaraq 5% illik ödəniş faizi təşkil edir. Bank Respublika ASC-dən isə illik ödənişi 8.3% olmaqla 2.47 mln. manatlıq istiqrazlarını portfelinə daxil edib.

Son xəbərlər
Digər xəbərlər