11 C
Baku
Tuesday, November 26, 2024

“Silk Vey Vest Aviaşirkəti” istiqrazlarına 26 investordan 36 sifariş

27 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında “Silk Vey Vest Aviaşirkəti” MMC-nin tədavül müddəti 3 (üç) təqvim ili olan  AZ2002023516 dövlət qeydiyyat nömrəli, 10,000,000.00  ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

 Hərrac zamanı 26 investor tərəfindən 36 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 5 % , faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 14,002,000.00 ABŞ dolları təşkil etmişdir.   İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10,000,000.00 ABŞ dolları təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər