“Silk Vey Vest Aviaşirkəti” MMC-nin 31 dekabr 2024-cü il tarixinə işçilərinin sayı 1 139 nәfәr olub.
Banker.az bu barədə MMC-nin illik hesabatına istinadən xəbər verir.
Əvvəlki ilin eyni dövründə isə “Silk Vey Vest Aviaşirkəti”ndə işçilərin sayı 1101 nəfər nəfər təşkil edib ki, bu da illik müqayisədə 38 nəfərin artması deməkdir.
“Silk Vey Vest Aviaşirkəti”ndə 2024-cü ilin mart ayının sonuna işçi sayı 1089 nəfər, iyun ayının sonuna 1108 nəfər, sentyabr ayının sonuna isə 1123 nəfər təşkil edib.
Xatırladaq ki, “Silk Vey Vest Aviaşirkəti” 2012-ci ildə yaradılıb. Şirkət Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir.