19 C
Baku
Friday, May 3, 2024

“Silk Vey Vest Aviaşirkəti”ndə işləyənlərin sayı açıqlanıb

2023-cü ilin ilk 6 ayında “Silk Way Holding”ə daxil olan “Silk Vey Vest Aviaşirkəti” MMC-nin (“Silk Way West Airlines”) işçi sayı 1123 nəfər təşkil edib.

Banker.az aviaşirkətin yarımillik maliyyə hesabatına istinadən xəbər verir.

Ötən ilin eyni dövründə şirkət işçilərinin sayı 1075 nəfər olub ki, bu da illik müqayisədə 48 nəfərin artması deməkdir.

2022-ci ilin sonuna  “Silk Vey Vest Aviaşirkəti”ndə çalışanların sayı 1083 nəfər, 2023-cü ilin martında isə 1069 nəfər təşkil edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər