29 C
Baku
Sunday, July 7, 2024

“Silk Vey Vest Aviaşirkəti”nin işçilərinin sayı azalıb

“Silk Vey Vest Aviaşirkəti” MMC-nin 31 dekabr 2023-cü il tarixinə işçilərinin sayı 1 101 nәfәr  olub.

Banker.az bu barədə MMC-nin illik hesabatına istinadən xəbər verir.

Əvvəlki ilin eyni dövründə isə “Silk Vey Vest Aviaşirkəti”ndə işçilərin sayı 1083 nəfər təşkil edib ki, bu da illik müqayisədə 18 nəfərin artması deməkdir.

“Silk Vey Vest Aviaşirkəti”ndə 2023-cü ilin iyun ayında 1123 nəfər olub. Belə ki, 6 ayda işçilərin sayı 22 nəfər azalıb.

Xatırladaq ki, “Silk Vey Vest Aviaşirkəti” 2012-ci ildə yaradılıb. Şirkət Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər