19 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında “Silk Vey Vest Aviaşirkəti” MMC-nin tədavül müddəti 3 (üç) təqvim ili olan AZ2001023517 dövlət qeydiyyat nömrəli, 10,000,000 ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Banker.az-a bu barədə BFB-dan bildirilir.
Hərrac zamanı 33 investor tərəfindən 38 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 5 % , faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödənilir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 10,655,000.00 ABŞ dolları təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10,000,000.00 ABŞ dolları təşkil etmişdir.