Azərbaycanın milli yük aviadaşıyıcısı “Silk Way Airlines” şirkəti daha bir yeni “Boeing 747-8F” təyyarəsi alıb.
“Silk Way Airlines” şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, bu aviaşirkət tərəfindən istismar olunacaq artıq səkkizinci “Boeing” tipli və dördüncü “Boeing 747-8F” təyyarəsidir. Yeni təyyarənin tədarükü aviaşirkətə ABŞ-a yeni istiqamətlər də daxil olmaqla, uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək.
Azərbaycanın paytaxtından Milan, Lüksemburq, Frankfurt, İstanbul, Dubay, Seul, Honkonq və Şanxaya mövcud birbaşa müntəzəm reyslərlə yanaşı, Çikaqo və Dəkkəyə yeni reyslərin açılması planlaşdırılır.
Qeyd edək ki, son 10 il ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı yük aviadaşımalarının böyük nəqliyyat qovşağına çevrilib. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıdıb.


![“Silk Way Airlines” daha bir yük təyyarəsi alıb [FOTO] 1 28336485 515b 4dd7 8c27 d59d811b8b4b e1472471617913](https://banker.az/wp-content/uploads/2016/08/28336485-515b-4dd7-8c27-d59d811b8b4b-e1472471617913-150x150.jpg)
![“Silk Way Airlines” daha bir yük təyyarəsi alıb [FOTO] 2 b7df5528 0c74 4d61 a765 029c2a678770 e1472471600507](https://banker.az/wp-content/uploads/2016/08/b7df5528-0c74-4d61-a765-029c2a678770-e1472471600507-150x150.jpg)
![“Silk Way Airlines” daha bir yük təyyarəsi alıb [FOTO] 3 b19ba49e 2d2e 4342 9491 38b4cc983ea9 e1472471588595](https://banker.az/wp-content/uploads/2016/08/b19ba49e-2d2e-4342-9491-38b4cc983ea9-e1472471588595-150x150.jpg)
![“Silk Way Airlines” daha bir yük təyyarəsi alıb [FOTO] 4 c1df0b9b e92d 454a b5c6 1332380bfb3a e1472471558374](https://banker.az/wp-content/uploads/2016/08/c1df0b9b-e92d-454a-b5c6-1332380bfb3a-e1472471558374-150x150.jpg)





