3 C
Baku
Thursday, February 29, 2024

“Silk Way Airlines” daha bir yük təyyarəsi alıb [FOTO]

Azərbaycanın milli yük aviadaşıyıcısı “Silk Way Airlines” şirkəti daha bir yeni “Boeing 747-8F” təyyarəsi alıb.

“Silk Way Airlines” şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, bu aviaşirkət tərəfindən istismar olunacaq artıq səkkizinci “Boeing” tipli və dördüncü “Boeing 747-8F” təyyarəsidir. Yeni təyyarənin tədarükü aviaşirkətə ABŞ-a yeni istiqamətlər də daxil olmaqla, uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək.

Azərbaycanın paytaxtından Milan, Lüksemburq, Frankfurt, İstanbul, Dubay, Seul, Honkonq və Şanxaya mövcud birbaşa müntəzəm reyslərlə yanaşı, Çikaqo və Dəkkəyə yeni reyslərin açılması planlaşdırılır.

Qeyd edək ki, son 10 il ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı yük aviadaşımalarının böyük nəqliyyat qovşağına çevrilib. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıdıb.

Son xəbərlər
Digər xəbərlər