Azərbaycanın ən böyük özəl aviaşirkəti olan “Silk Way Aviaşirkəti” MMC kapitalının azalmasına qərar verib.
Banker.az bu barədə əldə etdiyi məlumatda qeyd edilir ki, aviaşirkətin nizamnamə kapitalı 65 mln. manat və ya 67 faiz azaldılmaqla 32.03 mln. manat olub.
Bundan öncə “Silk Way Aviaşirkəti”nin nizamnamə kaöitalının həcmi 97.03 mln. manat təşkil edirdi.
Paralel olaraq ana şirkət “Silk Vey Holding”in nizamnamə kapitalı isə 46.1 mln. manatdan 5.55 mln. manata qədər azaldılıb.
“Silk Way Aviaşirkəti” 2001-ci ildə təsis edilib. Şirkət sərnişin, təyyarə və yükdaşıyan yerüstü xidmətlər üçün ən iri regional xidmət təminatçısıdır.