11 C
Baku
Thursday, November 14, 2024

“Silk Way Aviaşirkəti” DGK-nin tərtib etdiyi cərimə protokolundan narazıdır

Dövlət Gömrük Komitəsi “Silk Way Aviaşirkəti” MMC barəsində gömrüklə bağlı olan cərimə protokolu tərtib edib.

Banker.az xəbər verir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 5 dekabr 2019-cu il tarixli qərarı  İnzibati Xətalar Məcəlləsinin 485.2 ci maddəsi ilə (1 500 manat məbləğində) cərimələnib.

“Silk Way Aviaşirkəti” MMC bu qərarla razılaşmayaraq, Bakı Apellyasiya Məhkəməsinə müraciət edib, məsələyə hazırda orda baxılır.

İXM-nin 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İXM-nə bu əlavə Prezidentin 28 dekabr 2018-ci il tarixli fərmanı ilə əlavə edilib. Bu Qanun 2019-cu il fevralın 1-dən qüvvədədir.

Son xəbərlər
Digər xəbərlər