9 C
Baku
Monday, December 23, 2024

“Silk Way Holding”ə daxil olan şirkət səhmdarlarına dividend ödəyib

Azərbaycanda böyük aviaşirkət olan “Silk Way Holding”in daxil olan “İpək Yolu Sığorta” ASC sığorta şirkətinin səhmdarlarına ötən il dividend ödənişləri həyata keçib.

Banker.az bunu şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Sığorta şirkətinin açıqlamasına əsasən, 2021-ci ildə səhmdarlarına  883.41 min manat ödəniş olub. Sığorta şirkəti ötən il də yığılmış mənfəətində səhmdarlarına 66 min manat dividend vermişdi.

Qeyd edək ki, sığorta şirkətinin hazırda bölüşdürülməmiş mənfəəti 972.05 min manatdır.

“İpək Yolu Sığorta” ASC “Silk Way Holding” MMC-yə daxildir.

Şirkətin nizamnamə kapitalı 14.77 milyon manatdır ki, onun səhmlərinin 38.74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38.74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19.05%-i “Silk Way Airlines” şirkətinə, 3.47%-i isə dövlətin “Azərbaycan Hava Yolları” QSC-sinə məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər