13 C
Baku
Sunday, September 29, 2024

“Silk Way Holding” 2 şirkətinə 70 milyon manata yaxın “maya qoyub”

“Silk Way Holding” MMC-yə daxil olan 2 şirkətin nizamnamə kapitalı ümumilikdə 68 520 435 manat artırılıb.

Söhbət “Silk Way Business Aviation” və “Silk Vey Vest Aviaşirkəti” MMC-lərdən gedir.

1-cinin kapitalı 34 520 935 manat və yaxud 22,7% artırılaraq 152 151 040 manatdan 186 671 975 manata, 2-cinin kapitalı isə 33 999 500 manat və yaxud 24,5% artırılaraq 138 875 480 manatdan 172 874 980 manata çatdırılıb.

Xatırladaq ki, “Silk Way Business Aviation” 2007-ci ildə, “Silk Vey Vest Aviaşirkəti” isə 2012-ci ildə yaradılıb. Hər iki şirkət Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir.

©Report

Son xəbərlər
Digər xəbərlər