2 C
Baku
Sunday, December 15, 2024

“Silk Way Holding” kapital artımına gedib

Regionun ən böyük özəl aviadaşıyıcısı ola “Silk Vey Holding” MMC-nin (Silk Way Holding, SW Group) nizamnamə kapitalı bir qədər  də artırılıb.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, aviaşirkətin nizamnamə kapitalı 900 000 manat, yaxud 14% artırılıb.

Beləliklə, holdinqin kapitalı  6 470 200 manatdan 7 370 200 manata çatdırılıb.

“Silk Vey Holding” 2006-cı ildə yaradılıb. Holdinq “Silk Way Airlines”, “Silk Way West Airlines” və “Silk Way Technics” kimi iri aviaşirkətləri öz strukturunda birləşdirir.

Şirkətin donanmasına “Boeing 747-400F”, “Boeing 747-8F”, “Ilyushin IL-76” və “Ilyushin IL-76TD-90” kimi təyyarələrə sahibdir.

Son xəbərlər
Digər xəbərlər