1 C
Baku
Saturday, December 14, 2024

“Silk Way Holding” “qərb qanadı”na maya qoyur, mövqeyini gücləndirir

Azərbaycanın iri karqo şirkəti “Silk Way Holding” MMC-nin “qərb qanadı” olan “Silk Vey Vest Aviaşirkəti” MMC-nin nizamnamə kapitalının həcmi artırılıb.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, “Silk Vey Vest Aviaşirkəti”nin nizamnamə kapitalı  3 708 664 manat, yaxud 2.16% artırılıb.

Bununla da aviaşirkətin səhm kapitalı 175 799 832 manata qaldırılıb.

Aviaşirkət Bakı Fond Birjasında son ilər aktivləşib və o burada ABŞ dollarında istiqrazlar buraxır ki, bu da onun qaydalara görə maliyyə hesabatlarının təqdim etməyə başlayıb.

“Silk Vey Vest Aviaşirkəti”nin hesabatında məlum olmuşdu ki, o ötən il ərzində 920.23 milyon manat xalis mənfəət əldə edib. Bu xalis mənfəət, şirkəti illərin yığılmış 31.58 mln. manatlıq zərərindən xilas etmiş, hətta səhmdarlara 680.2 mln. manatlıq dividend ödəmiş, əlavə olaraq balansda 1 yanvar 2022-ci il tarixinə 175.8 mln. manatlıq bölüşdürülməmiş mənfəət qalıb.

Son xəbərlər
Digər xəbərlər