13 C
Baku
Friday, May 10, 2024

“Silk Way Holding“ təkcə “qərb qanadından” 1 mlrd. manata yaxın xalis mənfəət əldə etdi

Silk Way Holding-in törəməsi “Silk Vey Vest Aviaşirkəti” MMC-nin (Silk Way West Airline) 2021-ci ildə 920.23 milyon manat xalis mənfəət əldə edib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

2021-ci ildə 2 milyard 879.57 milyon manatlıq gəlir, 27.09 milyon manat digər gəlirlərdən əldə edib ki, bu da ümumilikdə 2 milyard 906.67 milyon manat manatlıq gəlirdir. Ümumi gəlir öncəki illə müqayisədə 22 faiz artıb.

Şirkət hesabat müddətində 546.33 mln. manatlıq  (2020: 387.19 mln. manat) yanacaq xərci, 334.83 mln. manatlıq (330.1 mln.)  naviqasiya xərcləri və s. (siyahı əlavə edilir) çəkmişdir.

Aviaşirkət 231.23 mln. manatlıq mənfəət vergisi xərcinsən sonra onun xalis mənfəəti 920.23 mln. manatlıq xalis mənfəət əldə edib. Bu da öncəki ili 46 faiz üstələməsi deməkdir.

Bu xalis mənfəət, şirkəti illərin yığılmış 31.58 mln. manatlıq zərərindən xilas etmiş, hətta səhmdarlara 680.2 mln. manatlıq dividend ödəmiş, əlavə olaraq balansda 175.8 mln. manatlıq bölüşdürülməmiş mənfəət qalıb.

343243234432 1

Son xəbərlər
 ⁠
Digər xəbərlər