25 C
Baku
Saturday, July 27, 2024

Silk Way Holding”də kadr dəyişikliyi olub

 

“Silk Way Holding” MMC-yə daxil olan “Silk Way Aviaşirkəti” MMC-nin direktoru dəyişib.

Banker.az Report agentliyinə istinadən xəbər verir ki, indiyə qədər şirkətə rəhbərlik edən Teymur Məmmədov vəzifəsindən azad edilib, onun yerinə Rəhim İslamov təyin olunub.

Dəyişikliyə səbəb T.Məmmədovun bir qədər əvvəl holdinqin yaratdığı “Aviation Services Group” MMC-nin rəhbərliyinə gətirilməsidir. O, həm də holdinqə daxil olan “Silk Way Insurance” ASC-nin Direktorlar Şurasının sədridir.

Son xəbərlər
Digər xəbərlər