10 C
Baku
Thursday, December 12, 2024

“Silk Way Holding”in stukturlarında nizamnamə kapitalı 3 dəfədən çox artırılıb

“Silk Way Holding” MMC-yə daxil olan “Silk Way Business Aviation” MMC-nin nizamnamə kapitalı 105 610 840 manat və yaxud 3,3 dəfə artırılaraq 46 540 200 manatdan 152 151 040 manata çatdırılıb.

Buna səbəb holdinqə məxsus “ASG Servis” MMC-nin ləğv edilərək “Silk Way Business Aviation”ə birləşdirilməsidir.

Xatırladaq ki, bu şirkətin nizamnamə kapitalının artırılmasına ötən ilin sonlarına yaxın başlanılıb. Əvvəlcə sözügedən göstərici 200 manatdan 27 880 200 manata, daha sonra isə 46 540 200 manata çatdırılıb.

Oxşar proses “Silk Way Holding”ə daxil olan “Silk Way Helicopter Services” MMC-də də gedir. Bu şirkətin nizamnamə kapitalı kəskin artımla 200 manatdan 34 309 743 manata çatıb.

©Report

Son xəbərlər
Digər xəbərlər