14 C
Baku
Thursday, April 25, 2024

“Silk Way Holding”in törəmə strukturunun nizamnamə kapitalı kəskin artırılıb, rəhbəri dəyişdirilib

“Silk Way Holding” MMC-nin bu il aprelin 24-də təsis etdiyi “Silk Way Connect” MMC-nin nizamnamə kapitalı kəskin artırılaraq 200 manatdan 1 mln. ABŞ dollarına çatdırılıb.

Banker.az bildirir ki, bu barədə “Report” holdinqə istinadən xəbər verir.

Məlumata görə, şirkətin rəhbəri də dəyişdirilib. Belə ki, Emin Etibar oğlu Ələkbərzadəni Zaur İbrahim oğlu Nəsirov əvəz edib. O həm də holdinqə daxil olan “Silk Way Bank” ASC-nin Audit komitəsinin üzvü, “Silk Way Insurance” ASC-nin isə Təftiş komissiyasının sədridir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər