“ASG Servis” MMC “Silk Way Business Aviation” MMC-yə qoşularaq ləğv olunduğunu elan edib.
Banker.az xəbər verir ki, “ASG Servis” MMC-nin kreditorları öz tələbləri ilə 2 ay müddətində Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı Karqo Terminal Binası ünvanına bildirə bilərlər.
Bildirək ki, “ASG Servis” ötən il dekabrın 24-də dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 105,611 milyon manat, qanuni təmsilçisi isə Zaur Nəsirovdur.