2018-ci il üzrə “Silk Way” sığorta şirkətinin cəmi aktivləri hesabat ilinin əvvəlində 36 milyon 588 manat təşkil edib, hesabat dövrünün sonunda isə bu şirkətin cəmi aktivləri 29 milyon 825 min manat olub. Belə ki, ötən il hesabat dövrünün əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda “İpək yolu” sığorta şirkətinin cəmi aktivləri 6,763 mln manat və yaxud 22,6 % azalıb.
Banker.az xəbər verir ki, bu barədə Sığorta Şirkətinin hesabatında deyilir.
Bildirək ki, bu şirkətin aktivlərinin azalması ən çox qısamüddətli aktivlərin debitor borclarında müşahidə olunur. Əgər hesabat ilinin əvvəlində debitor borclar 17,009 mln manat idisə, artıq hesabat dövrünün sonunda 10,295 mln manat olub. Bu da hesabat dövrünün əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda debitor borcların 65,21 % azalması deməkdir.
Həmçinin “İpək yolu” sığorta şirkətinin aktivlərin digər azalma isə Uzunmüddətli maliyyə aktivlərindən dövlət qiymətli kağızların payına düşür.Bu aktivlər hesabat ilinin əvvəlində hesabat dövrünün sonuyla müqayisədə 5 mln manat azalaraq 9,99 mln manat olmuşdur.
Onu da qeyd edək ki, 2018-ci ildə hesabat dövrünün əvvəlində şirkətin öhdəlikləri 9,75 mln manat təşkil edirdisə, hesabat dövrünün sonunda isə “İpək yolu” sığorta şirkətinin öhdəlikləri 7,23 mln manat olub. Hesabat dövrünün əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda şirkətin öhdəlikləri 34,8 % azalıb.
Qeyd edək ki, “İpək Yolu Sığorta” 2011-ci ildə “AZAL Sığorta” ASC-nin bazasında yaradılıb, “Silkway Holding” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Şirkətin səhmlərinin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i “Silkway Airlines” şirkətinə, 3,47%-i isə “Azərbaycan Hava Yolları” QSC-yə məxsusdur.