2018-ci ilin 12 ayı üzrə “Silk Way” sığorta şirkətinin əsas əməliyyat gəlirləri 18 milyon 699 min manat təşkil edir. 2017-ci ildə isə bu sığorta şirkətinin əsas əməliyyat gəlirləri isə 19 milyon 281 min manat olub ki, bu da “Silk Way” sığorta şirkətinin əməliyyat gəlirlərinin 2018-ci ildə 2017-ci illə müqayisədə 3% azalması deməkdir.
Banker.az bu barədə İpək yolu sığorta şirkətinə istinadən xəbər verir.
Verilən hesabata görə, 2018-ci il üçün birbaşa sığorta üzrə sığorta haqları 16 milyon 967 min təşkil edib ki bununla da ili 2 milyon 481 min manat maliyyə mənfəəti əldə edib.
Gəlir vergisinə 496 min manat ayrılmalardan sonra “Silk Way” sığorta şirkətinin xalis mənfəəti 1 milyon 985 min manat olub.
Bildirək ki, bu ötən il 2 milyon 434 min manat olmuşdu. Bu da xalis mənfəətin ötən ilin analoji dövrü ilə müqayisədə 19% azalma olması deməkdir.