25 C
Baku
Saturday, April 20, 2024

“Silk Way” sığorta şirkətinin xalis mənfəəti 19% azalıb

2018-ci ilin 12 ayı üzrə “Silk Way” sığorta şirkətinin əsas əməliyyat gəlirləri 18 milyon 699 min manat təşkil edir. 2017-ci ildə isə bu sığorta şirkətinin əsas əməliyyat gəlirləri isə 19 milyon 281 min manat olub ki,  bu da “Silk Way” sığorta şirkətinin əməliyyat gəlirlərinin 2018-ci ildə  2017-ci illə müqayisədə 3% azalması deməkdir.

Banker.az bu barədə İpək yolu sığorta şirkətinə istinadən xəbər verir.

Verilən hesabata görə, 2018-ci il üçün birbaşa sığorta üzrə sığorta haqları 16 milyon 967 min təşkil edib ki bununla da ili 2 milyon 481 min manat maliyyə mənfəəti əldə edib.

Gəlir vergisinə 496 min manat ayrılmalardan sonra  “Silk Way” sığorta şirkətinin  xalis mənfəəti 1 milyon 985 min manat olub.

Bildirək ki, bu ötən il 2 milyon 434 min manat olmuşdu. Bu da xalis mənfəətin ötən ilin analoji dövrü ilə müqayisədə 19% azalma olması deməkdir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər