7 C
Baku
Thursday, December 12, 2024

“Silk Way West Airline” bu il iki səhmdara ₼10.51 mln. dividend ödəyib

“Silk Way West Airline” ( Silk Vey Vest Aviaşirkəti MMC) 2024-cü ilin mayında iki səhmdarına ümumilikdə 10.514 milyon manat (~6.18 mln. dollar) həcmində dividend ayırıb.

Banker.az xəbər verir ki, bu barədə səhmdarların Ümumi Yığıncağında qərar qəbul edilib.

Belə ki, 2024-cü ilin may ayına qədər Qrup “Silk Way Airlines” MMC və “Silk Way Development” MMC-yə müvafiq olaraq 10.303 mln manat və 0.211 mln manat məbləğində dividendlər elan edib.

Şirkət bildirir ki, qeyd edilən məbləğlər hər iki səhmdara ödənilib.

“Silk Way West Airline” 2023-cü ildə xalis mənfəəti təqribən öncəki ildən 11 dəfə az olaraq 2022-ci ildə qeydə alınan 939.878 mln. manat xalis mənfəət 2023-cü ildə 82.054 mln. manata düşüb.

Xalis mənfəətin azalmasında başlıca rol gəlirlərdəki kəskin enişdir. 2022-ci ildə 3 mlrd. 225 mln. manatlıq gəlir, 2023-cü ildə 1 mlrd. 913 mln. manata düşüb. Şirkət əməliyyat xərclərini gəlirlərlə eyni dinamikada azalda bilmədiyindən xalis mənfəətin həcmi öncəki illə xeyli fərq edib.

1 yanvar 2024-cü ildəki göstəriciyə əsasən, kapital balansında 1 mlrd. 71 mln. manatlıq bölüşdürülməmiş mənfəəti var. İşçilərin sayı 2023-cü ilin əvvəlində 1083 nәfәr olduğu halda 1101 nәfәrə yüksəlib.

Xatırladaq ki, “Silk Way West Airline” 2012-ci ildə təsis edilib və 179.39 mln. nizamnamə kapitalının 98%-i “Silk Way Airline” MMC və 2%-i isə “Silk Way Development” MMC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər