7 C
Baku
Thursday, December 12, 2024

“Silk Way West Airline”ın gəlirlərinin 2023-cü ildə azalması ilə xalis mənfəəti 11 dəfə azalıb

“Silk Way Holding”ə daxil olan aviaşirkət “Silk Vey Vest” MMC-nin (Silk Way West Airline) gəlirlərinin 2023-cü ildə kəskin düşməsi onun xalis mənfəətinə mühüm təsiri edib.

Banker.az xəbər verir ki, bu barədə aviaşirkətin konsolidasiya edilmiş maliyyə hesabatında bildirilir.

Aviaşirkətin gəlirləri 2022-ci ildə 3 milyard 225 milyon manat olduğu halda, 2023-cü ildə 1 milyard 913 milyon manata düşüb. Bu da illik müqayisədə son ildə gəlirlərin 1 mlrd. 312 mln. manat və ya 41 faiz azalması deməkdir.

Şirkətin ümumi əməliyyat xərcləri hesabat müddətində 1,726 mln. manat olub ki, bu da illik xərclərin 14 faiz azalması deməkdir.

Göründüyü kimi, xərclər gəlirlərdən daha zəif dinamika ilə azalıb. Bu, xalis mənfəətin 2022-ci ildə 940 mln. manatdan 2023-cü ildə 82 mln. manata düşməsinə səbəb olub. Beləliklə, xalis mənfəət gəlirlərin kəskin enişi səbəbindən 11 dəfə (91% az) azalıb.

Qeyd edək ki, Banker.az bundan öncə ölkədə ümumi karqo yüklərinin azalması ilə bağlı 2024-cü ilin aprelində məlumat dərc etmişdi.
324242342322

Son xəbərlər
Digər xəbərlər