“Silk Way Holding”ın aviaşirkəti “Silk Vey Vest Aviaşirkəti” MMC (Silk Way West Airlines) 2022-ci ildə 939.88 milyon manat xalis mənfəət əldə edib. 2021-ci ildə onun xalis mənfəəti cəmi 920.23 mln. manat olmuşdu.
Bunu Banker.az aviaşirkətin illik audit hesabatına istinadən xəbər verir.
Aviaşirkət 2022-ci ildə 3 milyard 225 milyon manatdan çox gəlir əldə etməklə, 2021-ci ildəki nəticəni 12 faiz üstələmiş oldu. Onun 2021-cil üzrə audit edilmiş hesabatında 2 mlrd. 879.57 mln. manat gəlir olub. Şirkətin bu gəlirə qarşı satışın maya dəyəri cəmi 19.52 mln. manat olub (2021: 27.09 mln. manat).
Aviaşirkət 2021-ci ildə işçilərinə 88.85 mln. manat xərc çəkdiyi halda, 2022-ci ildə azaldaraq 84.33 mln. manata endirib.
“Silk Way West Airlines”nin balansında 2022-ci ilin sonuna 988.14 mln. manat həcmində bölüşdürülməmiş mənfəəti var. Əlavə olaraq öncəki il üzrə mənfəətindən səhmdarına 127.54 mln. manat həcmində dividend ödəyib.