“Silk Vey Vest Aviasiya” MMC (Silk Way West Airlines) 30 milyon ABŞ dolları dəyərində vəsait cəlbi üçün fond bazarına baş vurur.
Banker.az xəbər verir ki, şirkətin Emissiya prospekti və ya informasiya memorandumunda bu barədə bildirilib.
Belə ki, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 30 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları buraxacaq.
İsitqrazların gəlirliliyi illik 5.5 faizi olmaqla 3 il müddətinə veriləcək.
“Silk Vey Vest Aviasiya” Azәrbaycan Respublikası әrazisindә vә qlobal bazarda rәqabәt apardığı әsas karqo aviasiya şirkәtlәrinin siyahısına “Polar Air Cargo”, “Altas Air”, “Cargolux”, “UPS Cargo”, “DHL Express”, “Kalitta Air” vә digәr aviaşirkәtlәri aid etmәk olar. Hәr bir rәqib yeni müştәrilәr cәlb etmәk vә bazar payını artırmaq üçün yeni karqo xidmәtlәri tәklif edir vә innovasiyanı dәstәklәyir.
Xatırladaq ki, “Silk Vey Vest Aviasiya”nın hava nәqliyyatı ilә yüklәri daşımaqla nәqliyyat xidmәtlәrini hәyata keçirir. “Silk Way Aviaşirkәti” MMC nizamnamә kapitalının 98 faizinә sahibdir.
Aviaşirkət 2023-cü il 1.91 mlrd. manat gəlirlə cəmi 82 mln. manat xalis mənfəət əldə etmişdi.