Tәlәbin artması 2023-cü ilin sonlarında “Silk Vey Vest Aviasiya” MMC-nin (Silk Way West Airlines) fəaliyyət göstərdiyi hava nәqliyyatında yük daşımaları bazarında artan trendin müşahidә edilmәsinә baxmayaraq, il boyu ümumi gәlirliliyin 30% azaldığı güman edilir.
Banker.az xəbər verir ki, bu barədə “Silk Vey Vest Aviaşirkәti” MMC-nin fәaliyyәtinә tәsir etmә ehtimalı olan tendensiyalara Emissya prospektində toxunularkən bildirilir.
Azalma әsasәn dünya miqyasında tәlәbin azalması, sәrnişin daşıması hәyata keçirәn aviaşirkәtlәrin yenidәn fәaliyyәtini bәrpa etmәsi ilә ümumi yük tutumunun artması vә dәniz nәqliyyatında yük daşımaları üzrә tariflәrin azalması ilә әlaqәdar olaraq hәmin sektora tәlәbin genişlәnmәsi ilә bağlıdır.
“Silk Vey Vest Aviaşirkәti”nin 2023-cü ildəki gəlirləri öncəki illə müqayisədə 41 faiz azalaraq 1.913 mlrd. manata düşdüyü açıqlanmışdı. Şirkət 2022-ci ildəki 940 mln. manat xalis mənfəəti 2023-cü ildə 82 mln. manata qədər azalıb.
“Bununla belә, 2024-cü ildә qlobal ticarәtin hәcmindә olan artım vә dәniz daşımalarının yük tutumunda yaranan problemlәr, hava daşımaları üzrә tariflәrin iyun ayında әvvәlki ayla müqayisәdә 0.8%, ötәn ilin müvafiq dövrü ilә müqayisәdә isә 4.7% bәndi artmasına şәrait yaradıb”- deyə, sənəddə qeyd edilir.
Əlavə edilir ki, bu hava daşımalarının su nәqliyyatı ilә yük daşımaları üzәrindә pandemiyadan әvvәlki dövrlәrlә müqayisәdә daha üstün olmasını tәmin edir.
“Bununla yanaşı növbәti aylarda tariflәrin daha da artacağı proqnozlaşdırılır”.
Aviaşirkətə dair sənəddə qeyd edilir ki, Azәrbaycan әrazisindә vә qlobal bazarda rәqabәt apardığı әsas karqo aviasiya şirkәtlәrinin siyahısına “Polar Air Cargo”, “Altas Air”, “Cargolux”, “UPS Cargo”, “DHL Express”, “Kalitta Air” vә digәr aviaşirkәtlәri aid etmәk olar. Hәr bir rәqib yeni müştәrilәr cәlb etmәk vә bazar payını artırmaq üçün yeni karqo xidmәtlәri tәklif edir vә innovasiyanı dәstәklәyir.
“Silk Vey Vest Aviaşirkәti” hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 30 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları buraxacaq. İsitqrazların gəlirliliyi illik 5.5 faizi olmaqla 3 il müddətinə veriləcək.