13 C
Baku
Friday, May 17, 2024

Silvio Berluskoni. Milanlı kavalerin həyat əhvalatı

“Mənim həyat əhvalatımdan, peşəkar bacarıq və biznes nailiyyətlərimdən çıxış edərək  edərək deyə bilərəm ki, mənim tayım-bərabərim yoxdur”

 Silvio Berluskoni

Əminlikdə demək olar ki, Silvio Berluskoni bu gün dünyada yaşayan italyanların ən məşhurudur (Aleessandro del Pyeronun azarkeşləri qoy günahımdan keçsin, amma bu təkcə mənim şəxsi fikrim deyil). Məşhur siyasətçi, uğurlu biznesmen,  «xalqın içindən» çıxmış adam. Sadəcə tamaşaçıların sevimlisi və özünəməxsus oğlan. Əlbəttə bütün bunlarla yanaşı o, heç də təmtərağa və dəbdəbəyə laqeyd deyil. Son 100 il ərzində Milanda ucaldılmış ən möhtəşəm  inşaat proyektini məhz o tikdirib.  Maraqlıdır, elə deyilmi? 

Amma Berluskoni təkcə özünün siyasi arenada və biznes sahəsində qazandığı uğurlar ilə məşhur deyil, onun adı həm də tez-tez baş verəm məhkəmə çəkişmələrində hallanır, onu rüşvətxorluqda, vacib məlumatların gizlədilməsində, bəzən isə ümumiyyətlə mafiya ilə əlaqələrin olmasında günahlandırırlar.  Amma bütün bunlarda təəccüblü heç nə yoxdur, çünki bu oğlanın məhz xalqın içindən günəş kimi doğması, italyan mafiyasının ən çiçəklənən dövrünə təsadüf edir…

Milanlı Cavaliere

İtaliyada Berluskonini başqa cür, adətən Cavaliere, adlandırırlar, bu isə «kavaler» və ya cəngavər deməkdir. Belə bir təxəllüsün yaranmasına görə Silvio ilk növbədə öz cazibəsinə və cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlarda xoş təəssürat yaratmaq bacarığına borclu olmalıdır. O, kasıblar arasında çox məşhurdur və milyonerlərində ağlasığmaz rəğbətinə sahibdir. Amma heç də həmişə belə olmayıb…

Gələcək kavaler 29 sentyabr 1936-ci ildə Milanda dünyaya göz açıb. Silvionun işgüzar bacarığı və talantı özünü hələ onun uşaq yaşlarında büruzə verməyə başlayıb. O öz, sinif yoldaşları üçün ev tapşırıqlarını və yoxlamaya yazı işlərini pul əvəzində edirdi. Öz tələbəlik illərində isə o ciddi şəkildə müxtəlif məhsulların ticarət ilə məşğul olub, lakin bunlardan yalnız tozsoranlar tarixin yaddaşında qalıb.  Bundan əvvəl gələcək baş nazir paroxodlarda aktyorluq edərək, sərnişinləri əyləndirməyə çalışıb. Belə düşünmək olar ki, onun aktyorluq qabiliyyətinin inkişafına məhz bu məşğuliyyət səbəb olub, bu isə ona üç dəfə İtaliyanın baş naziri vəzifəsinə seçilmək imkanı verib.

1957-ci ildə Silvio Berluskoni daşınmaz əmlak ilə məşğul olan Immobiliare costruzioni kompaniyasında işə düzəlir. Kavaler burada 4 il işləməli olur ki, sonra özünün Cantieri Riuniti Milanesi kompaniyasını aça bilsin. Bu vaxt Silvio çox vacib bir məqama diqqət yetirir. Baxmayaraq ki, ölkə hələ ikinci dünya müharibəsinin dəhşətlərindən özünə gəlməyə çalışırdı, onun cəmiyyətini kasıb adlandırmaq olmazdı. Insanlar yaxşı və bahalı evlər almaq istəyirdi. Buna böyük tələbat var idi və təklif bunu qarşılamağa kifayət etmirdi. Bu isə gənc Berluskoni üçün bir şans idi.

2534206892 f8b2f5fa0f o

1963-cü ildə Edilnord kompaniyasının əsası qoyuldu, bu sanki Silvionun müvəffəqiyyət qapısının açarı idi. Cəmi bir neçə on il ərzində o İtaliyanın lüks dəbdən olan yaşayış evlərinin təmsilçiləri arasında ən vacib oyunçularından birinə çevriləcək idi. Düzdür hamı üçün hələ də sirr olaraq qalır ki, kompaniya 1963-c ildə hamının uğursuzluğa məhkum etdiyi Bruqerio yaşayış kompleksinin tikinti proyektini necə xilas edə bildi. Məsələ ondadır ki, həmin dövrdə Edilnord-da işlər çox bərbad vəziyyətdə idi. Mənzillər son dərəcə ləng satılırdı, pul isə dərhal qurtarırdı. Vəziyyət gündən-günə çətinləşirdi, birdən isə gözlənilmədən İsveçrənin maliyyə kompaniyasından investisiya gəlməyə başladı.  Onunla bağlı heç bir təfərrüatı Berluskoni hələ bu günə qədər açıqlamayıb. Bir çox italyanlar hesab edir ki, heç bir isveçrə maliyyə kompaniyası olmayıb. Pulları isə Edilnord Mafiyadan alıb. Ola bilsin bu belədir, amma məgər indi bunun əhəmiyyəti var?

Silvio Berluskoninin əhvalatının dönüş nöqtəsi 1968-ci ildə Edilnord kompaniyasının başladığı «Milan-2» proyekti olmuşdur. Kompaniya 712 min kvadrat kilometrlik bir torpaq sahəsini alaraq yaxşı təminatlı insanlar üçün cəmiyyətin kinayəli gözlərindən uzaq bir yerdə,  rahatca dincəlmək üçün bir məkan tikmək qərarına gəldi. Mahiyyət etibarı ilə bu şəhər içində şəhər olmalı idi. Bu gün çox da böyük olmayan süni meşə arxasında özünə gizli yer tapmış Milan 2 elə bir məkandır ki, oradan insana nəqliyyat lazım gəlmir. Axı hər şey yaxınlıqdadır –məktəb, aptek, dükan, klub, bank, bərbərxana və nəhayət ki iş! Həmin vaxtlar belə şəhərciklər o qədər də çox yayılmamışdı, elə bizim günlərdə də onların sayı çox deyil. Ona görə də Silvionun daşınmaz əmlak sahəsində həqiqi bir inqilab etmək şansı böyük idi. Ən azı, Milan sərhədləri daxilində.

Amma sözü gedən balaca şəhərin tikintisini heç də asan adlandırmaq olmaz. O, düz on il davam etmişdir. Bu müddət ərzində isə İtaliya hökuməti hansı isə möcüzəvi yolla inşaat qanunvericiliyi ilə bağlı bir sıra qanunlar və düzəlişlər qəbul etdi ki, bu da Edilnordun işini nisbətən rahatlaşdırdı. Ən çox müzakirə olunan isə Milan aeroportuna eniş etmək üçün daxil olan  təyyarələrin marşrutlarının dəyişdirilməsi oldu. Əvvəllər onlar Milan 2 tikilən ərazinin düz üzərindən uçurdular. Indi isə Berluskoninin şəhərciyi üzərindəki səma təmiz və aydın idi.

Proyekt tikintiyə başlandıqdan on il sonra hazır oldu. «Milan-2» şəhərində sakitlik və komforta görə pul ödəməyə hazır olan, 10 minlərlə sakin məskunlaşdı, 60-ci illərin ortalarında «Milan-2» ərazisində Berluskoninin öz telekanalı – Telemilano yayımlanmağa başlayır. Daha sonra o formasını dəyişərək Canale 5 şəbəkəsinə çevrilir.

Amma işlər təkcə «Milan-2» ilə məhdudlaşmadı. Daha sonra buna oxşar «Milan-3» şəhərciyi yaradılacaq, o, isə əvvəlcədə düşünülmüş şəkildə idman və şou-biznes ulduzlarına istiqamətlənəcəkdi.  Belə bir pozisiyaya baxmayaraq, şəhərcikdə aktiv formada adi biznesmenlər məskən salmağa başladı və bu gün də onlar şəhərin əsas özülünü təşkil edilər. Bunu başa düşən Edilnord onlar üçün «Milan-3» şəhərciyinin daxilində xüsusi biznes-city yaratmağa nail olurlar.

 «Berluskonizm»

 1979-cu ildə Silvio Berluskoninin daşınmaz əmlak və televiziya sahəsindəki uğurları ona gətirib çıxardı ki, o ölkənin ən məşhur reklam verənlərindən birinə çevrildi. Ola bilsin ki, bu daha çox onunla bağlı idi ki, həmin dövrdə məşhur olan kino-filmlərin əksəriyyətinin yayım hüququ məhz onun kompaniyasına məxsus idi.

Təbiidir ki, hər bir belə filmin yayımı reklam ilə müşayiət olunurdu. 80-ci illərin əvvəllərində Canale 5 şəbəkəsi ümummilli kanala çevrilir. Rəqiblərin udulması ilə nəticələnən bir neçə uğurlu sövdələşmə sayəsində həmin an üçün İtaliyanın ən iri kanalları olan Italia 1 və Rete 4 telekanalları alınır.

2534206882 27679cda1b o

 Hər şey sonda onunla nəticələnir ki, İtaliyanın televiziya məkanında cəmi iki oyunçu qalır: RAI (Radio Televisione Italiana) simasında təmsil olunan hökumət və Cavaliere-nin özünün prezidentlik etdiyi Silvio Berluskoni media holdinqi. Amma onu da qeyd etmək lazımdır ki. Berluskoni şəbəkəsi özünün ən pik məqamında sönə bilərdi.

1984-cüildə kütləvi informasiya vasitələrində monopoliyadan ehtiyat edərək, onu parçalamaq istəyirdilər və bu baş verə bilərdi, əgər Silvio həmin dövrdə ölkənin baş naziri olan Bettino Kraksi ilə dost olmasaydı.

Beləliklə 90-ci illərdə milli televiziyanın 45%-ə qədəri Fininvest-in əlində cəmlənmişdi. Hökumətin isə həmin vaxt əlində cəmi 40% var idi. Amma Berluskoni əldə etdikləri ilə kifayətlənmək fikrində deyildi.  O, biznesin müxtəlif istiqamətlərinə pul qoymağa başladı. Məsələn 1986-cı ildə o Milan futbol klubunu alır, komanda onun rəhbərliyi dövründə bir neçə dəfə Avropa Çempionlar liqasının və milli ölkə birinciliyinin qalibi olub. Bu gün real Madridlə bir sırada Milan da dünyanın ən titullu futbol klublarından biri hesab olunur.

90-cı illərin əvvəllərində  «berluskonizm» adlanan bir anlayış meydana çıxdı. Bunu onunla əlaqələndirirdilər ki, Silvionun Fininvest kompaniyası demək olar ki, İtaliyanın bütün fəaliyyət sahələrinə nüfuz etmişdi. Berluskoninin imperiyası altında müxtəlif istiqamətli 15 fəaliyyət sahəsi birləşdirdi və burada 40 mindən artıq insan çalışırdı.

Siyasət

1993-cü ildə Silvio qərar verir ki, artıq siyasi aləmə daxil olmağın vaxt yetişib. O biznes dünyasında insanın xəyal edə biləcəyi hər şeyə artıq nail olub. 1993-cü ilə qədər Berluskoni artıq milyarder idi. İndi  o yeni fəthlər axtarırdı. Onun ambisiyalarını təmin etmək üçün siyasətdən yaxşı heç nə ola bilməzdi.

Amma bir çoxları hesab edir ki, Silvio siyasi arenaya heç də öz istəyi ilə üz tutmayıb. Məsələ ondadır ki, 90-cı illərin əvvəllərində «Təmiz əllər» adlı kompaniya işə salınmışdı, onlar çirkli fəaliyyət sahələri ilə məşğul olan biznesmenlərin işini araşdırır, tədqiqatlar gündən-günə sərtləşirdi. Bundan əlavə Berluskoninin KİV-də yaratdığı monopoliya əksər italyan vətəndaşların xoşuna gəlmirdi. Açıq-aydın idi ki, o xalq arasındakı populyarlığını itirmək üzrə idi.

94-cü ildə baş vermiş hadisələr isə daha böyük önəm kəsb etməyə başladı,  bu hadisələrin gedişində Berluskonini rüşvət almaqda ittiham etdilər. Guya ki, həmin dövrdə Fininvest-də mövcud olan mövqeləri ələ keçirtmək üçün Silvio Berluskoni bit neçə dəfə bu vasitəyə əl atıb. Bununla yanaşı rüşvətlərin böyük hissəsi isə dövlət aparatı istiqamətinə yönəldilib.

Əlbəttə ki, belə situasiyada kavaler susa bilməzdi. O özünü Forza Italia (“İrəli İtaliya”) adlı partiyasını təşkil edir.  Partiya onun siyasətinin başlıca istiqamətlərini müəyyən etmək üçün özünə əsas dəyərlər olaraq bunları seçdi: azadlıq, şəxsiyyət, ailə, biznes (iş quruculuğu), italyan ənənələri, katolik adətlər və zəiflərə qarşı mərhəmət. Təbiidir ki, elə dərhal da Berluskoniyə məxsus olan kütləvi informasiya vasitələrində Forza İtalia partiyasının olduqca möhkəm dəstək kompaniyası başladı.

Bu zaman Silvio Berluskoninin özünün KİV-d necə təqdim olunması məsələsi də böyük maraq doğurur. Əlbəttə ki, onu “xalqın içində çıxmış” adam kimi təqdim edirdilər. Baxmayaraq ki, bu adam artıq dünyanın ən zəngin insanlarından biri idi.

27 may 1994-cü ildə Forza İtalia partiyası seçkilərdə qalib gəlir. Berluskoni özü isə baş-nazir postunu əldə edir. Düzdür, hakimiyyət onun əllərində uzun müddət qalmır. Bu zaman ortaya çox güclü bir qalmaqal çıxır, hadisələrin gedişində məlum olur ki, sən demək Berluskoni uzun müddət ərzində vergidən yayınıbmış. Təbiidir ki, xalqın bu üst-üstə yığılan narazılıqları hökumətin istefası ilə nəticələnir.

2534206886 e5b1e94494 o

15 may 2001-ci ildə Berluskoni yenidən seçkilərdə qələbə qazanır. Dörd il ərzində Silvio Berluskoni hökuməti ölkədə müxtəlif islahatlar həyata keçirməyə çalışır. Onları heç də hamısı eyni dərəcə də uğur qazanmır. Nə isə yaxşı alınır, nə isə o qədər də yox. İtaliyanın baş naziri 2005-ci ildə keçirilən seçkilərdə onun partiyası uduzanda ona olan etibar limitini tamamı itirmiş olur. Bu onu göstərir ki, xalq seçilmiş siyasi kursdan narazıdır belə ki, İtaliya həmin dövrdə ABŞ-a apardığı İraq müharibəsində möhkəm dəstək olurdu, bu isə ölkənin üzərinə düşən əlavə maliyyə yükü demək idi.

Amma belə görünür ki, baş nazir postuna üçün dəfə də qayıtmaq Berluskoninin qismətində imiş. Bu 2008-ci ildə baş verdi, beləliklə Berluskoni İtaliyada üç dəfə ölkənin baş naziri olmağa müyəssər olmuş yeganə insandır.

Bəs indi cəmiyyət Silvio Berluskoniyə necə münasibət bəsləyir? Həmişəki kimi ziddiyyətli. Bir tərəfdən italyanlar hesab edir ki, yalnız o ölkəni düşdüyü vəziyyətdən çıxarda bilər, digər tərəfdən isə Kavaleri –cəmiyyətin problemlərinə ciddi yanaşmamaqda və yüngül münasibət bəsləməkdə tənqid edirlər. Məsələn bu yaxınlarda Berluskoni jurnalistlərin suallarına cavab verirmiş, burda gənc bir qız ona belə bir sual verib, bu gün gənclər İtaliyada necə edə bilər ki, daha çox qazansın, axı hamımız bilirik ki, indi İtaliyada gənc mütəxəssislərə elə də çox məvacib vermirlər və bu heç nəyə çatmır? Berluskoni gənc qıza varlı cavan oğlanı tapmağı məsləhət görmüşdür, elə onun öz oğlu kimi, elə bir oğlan ki, onun maliyyə cəhətdən heç bir problemi yoxdur: «Bir ata kimi sizə Berluskoninin oğlu kimi varlı, pul baxımından heç bir problemi olmayan bir oğlan tapmağı məsləhət görərdim. Sizdə olan təbəssümlə, əminəm ki, bunu edə bilərsiniz».

Zarafat hamının  gülüşünə səbəb olsa da, çox keçmədən bu cavab KİV-də böyük əks səda doğurdu, onu həddin artıq “arsız” olmaqda günahlandırdılar.

O hələ Massondur da?

Belə əfsanə gəzir ki, Silvio Berluskoni vaxtı ikən «Təbliğat-2» (Propoganda-2) masson lojasının üzvü olub. 1877-ci ildə əsası qoyulmuş sözü gedən təşkilat jurnalistlər, siyasətçilər, mafiozlar və bütün İtaliyanın digər güclərinin istinadgahı olub. Deyirlər ki, o hətta hökumətə təsir edə biləcək qədər güclü imiş.

Bu və ya digər formada, bir çoxları hesab edir ki, ölkədə 60-80-ci illərdə baş verən siyasi qalmaqalların əksəriyyətində «Təbliğat-2» masson təşkilatının əli olmuşdur, bu qurum öz üzvlərinə cəmiyyət arasından seçilməyə və yüksəlməyə kömək edirmiş. Silvionun «Təbliğat-2» ilə əlaqəsi çox  aydın şəkildə izlənilir, belə ki, məhz onun bankları bu təşkilata sponsorluq edirlərmiş. Çox güman ki, bu maddi kömək heç də əvəzsiz olmayıb.

Son olaraq, onu deyək ki, Silvio Berluskoni bugünkü siyasi arenada mövcud olan ən maraqlı fiqurlardan biridir. Bundan əlavə onun biznesdə qazandığı uğurlara da istənilən bir insan həsəd apara bilər. Bu gün İtaliyanın baş nazirinin sərvətinin miqdari təqribən 12 milyard dollar qiymətləndirilir. İtaliyalı vətəndaşlar öz talelərini bu gün məhz ona etibar etmişlər. Axı ölkədəki situasiyanı kavalerdən başqa kim yaxşılaşdıra bilər?

Son xəbərlər
 ⁠
Digər xəbərlər