22 C
Baku
Friday, April 19, 2024

SİMA nədir və o bizim işlərimizi necə rahatlaşdıra bilər?

Bəlkədə siz artıq bir çox yerdə SİMA adında yeni sözü eşitmisiniz. Bu sözün həqiqi mənasından əlavə, yeni texnalogiyanın adıdır. Banker.az bu haqqda bir müddət əvvəl məlumat vermişdir ki,  SİMA “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yeni məhsuludur. Ümumi götürsək, bu məhsul ASAN imzaya rəqib kimi yaradılıb. Onlardan hansının daha rəqabət qabiliyyətli olmasını isə bazar müəyyən edəcək.

İlk öncə, SİMA-nın necə bir texnalogiya olduğu və onun hansı imkanlar yaratdığı haqqında qısaca məlumat vermək istərdik. Sistemin ümumi mahiyyəti ondan ibarətdirki, müştəri özündə SİMA-ya aid proqram təminatı vasitəsi ilə identifikasiya edilir, sonradan müxtəlif şirkətlər tərəfindən təqdim edilən xidmətlərdən istifadə zamanı imza tələb olunan mərhələləri bu sistem vasitəsi ilə təsdiqləyə bilər. SİMA-nın əsas özəlliklərindən biridə, orada şəxsin (müştərinin) identifikasiya həm sənədlər, həmdə biometrik məlumatlar əsasında təsdiqlənməsidir.

Banker.az olaraq, bu sistemə ilkin dövrdə skeptik yanaşsaqda, hazırda onun tətbiqinə şirkətlər tərəfindən olan marağı görməyə bilməzdik. Bu o deməkdir ki, sistem şirkətlərin bu vaxta qədər həll edə bilməkdikləri məsələlərin həllində faydalıdır. Bu maraq, bank sektorunda daha çox hiss olunur. Bu günə qədər PAŞA Bank və TuranBank bu sistemə qoşulduqlarını elan ediblər. Bizdə olan məlumata görə, digər banklarda bu sistemə qoşulmaq istiqamətində işlər görürlər.

Bəs, PAŞA Bank və TuranBank bu sistemi tətbiq etməklə hansı problemləri həll edə biliblər? Əgər siz əmək haqqını PAŞA Bank-a məxsus plastik kart vasitəsi ilə alırsınızsa, o zaman bankın mobil tətbiqi vasitəsi kredit üçün müraciət edə bilər, SİMA texnalogiyası vasitəsi ilə sənədləri imzalaya və krediti öz əmək haqqı kartınıza köçürülməsinə nail ola bilərsiniz.

TuranBank-da isə SİMA vasitəsi ilə siz deposit sənədlərini imzalaya və elektron qaydada bankda depozit yerləşdirə bilərsiniz. Qeyd olunan proses zamanı banka getməyə ehtiyac yoxdur.

Bizim fikrimizcə, bu cür əməliyyatlar banklarda elektronlaşa bilibsə, o zaman onların spektri zamanla daha çox genişlənəcək. Ehtimal edirik ki, yaxın gələcəkdə banklar bu sistemi bir çox əməliyyatlarına tətbiq edəcəklər və siz gələcəkdə banka getmədən, bankın mobil applikasiyası vasitəsi bu əməliyyatlar üçün müraciət edə və SİMA vasitəsi ilə imzalaya biləcəksiniz.

Məlumat üçün bildirək ki, SİMA sistemi hələki beta versiyada fəaliyyət göstərir. Yəni sistem tam olaraq işlər vəziyyətə salınmayıb. Bunu siz, proqram təminatını yazan zamanda görə bilərsiniz.

SİMA necə yüklənir və qeydiyyatdan keçilir?

Məlumat üçün bildirək ki, istifadəçilər “Google Play Store”, yaxud “App Store”da SİMA yazaraq mobil tətbiqi yükləyə bilirlər. Yükləmə üçün müvafiq platormalar üzrə linklər aşağıda qeyd olunmuşdur. SİMA-da qeydiyyatdan keçərək rəqəmsal imzanı əldə etməyə isə təxminən 1,5 – 3 dəqiqə vaxt sərf edilir.

Bizdə olan məlumata görə, SİMA-nın şirkətlər üçün təklif etdiyi qiymətlə bahadır. SİMA mobil tətbiqində qeydiyyatdan keçmək və rəqəmsal imza əldə etmək vətəndaşlar üçün tamamilə ödənişsizdir. Şirkətlərlə əməkdaşlıq üçün təklif edilən rüsumun həm vətəndaşlar, həm də şirkətlər SİMA-nın təqdim etdiyi xidmətlərdən bundan öncə ənənəvi formada istifadə edərkən daha çox xərc çəkmiş olurdular – deyə şirkətdən Banker.az-a məlumat verilmişdir. AzInTelecom şirkətindən Banker.az həmçinin oda bildirilmişdirki,

Məsələn, bankdan kredit götürmək istəyən vətəndaş filiala gedərkən müəyyən nəqliyyat xərclərinə vəsait sərf edir, bankda növbədə gözləyir, daha sonra sənədləşmə prosesində iştirak edir və bununla da vətəndaş hər şeydən qiymətli olan zamanını bu prosesə ayırır. Şirkət isə bu proseduru həyata keçirmək, kargüzarlıq və müştəri məmnuniyyətinə görə inzibati xərcləri qarşılamalı olur. Bu prosesdə hər iki tərəf üçün kağız sənədlərin itməsi, korlanması riskləri var, həmçinin şirkətlər sənədlərin daşınması, arxivləşdirilməsinə görə də əlavə xərclər çəkir.

İndi isə heç yerə getmədən, sənəd toplamadan, növbədə gözləmədən SİMA mobil tətbiqində qeydiyyatdan keçərək əldə edilən rəqəmsal imza ilə həm müştərilər, həm də şirkətlər üçün bu xərclər aradan qalxmış olur. Vətəndaşlar maksimum 3 dəqiqəyə bu prosesi yekunlaşdıraraq öz vaxtlarına və vəsaitlərinə qənaət edirlər. Şirkətlərin isə nəticədə xərcləri azalmış olur.

Lakin onu da bildirək ki, şirkətlərin SİMA ilə imzalanan sənədlər üçün müştərilərinə hər hansı komissiya tətbiq etməsinə “AzInTelecom” MMC olaraq heç bir müdaxilə etmirik.

SİMA-nın şirkətlər üçün xərclərin azaldılması, həm cari, həm də potensial müştərilərlə əməliyyatları daha rahat və sürətli edərək müştəri məmnuniyyətinin artırılması yönündə yaratdığı imkanlar tərəfdaşlarımıza ciddi rəqabət üstünlüyü yaradır.

Eyni zamanda, SİMA ilə şirkətlər həm vətəndaşlardan 24/7 rejimində müraciət qəbul edə biləcək, həm də müştərilərinə məkandan və zamandan asılı olmayaraq xidmət göstərə biləcək. Yəni gündüz iş qrafiki sıx olan vətəndaş hətta axşam saatlarında belə tətbiqə daxil olub şirkətlərin təklifləri ilə tanış olduqdan sonra xidmət və ya məhsul sifariş edə bilərlər.

Məsələn, bir iş adamı gecə saatlarında belə SİMA ilə banka kredit üçün müraciət edə biləcək. Bununla da şirkətlərin müştərilərinin sayı durmadan artacaq və yekunda daha çox gəlir əldə edəcəklər”.

Sistemi yükləmək

IOS (Apple)                 : https://testflight.apple.com/join/tlFBhHc4

Play Market (Android): https://play.google.com/store/apps/details?id=az.dpc.sima&hl=en&gl=AZ

 

 

Son xəbərlər
Digər xəbərlər