13 C
Baku
Friday, November 15, 2024

“Şimal-2” ES-in 3 ildə elektrik enerjisi istehsalının həcmi açıqlanıb

“Şimal-2” Elektrik Stansiyasında istehsal olunmuş elektrik enerjisinin həcmi açıqlanıb.
Energetika Nazirliyindən Banker.az-a verilən məlumata əsasən, stansiyada istismara verildiyi tarixdən 2022-ci ilin avqust ayınadək ümumilikdə 8.92 mlrd. kVt/st elektrik enerjisi istehsal olunub. İstehsal həcmi 2019-cu ilin 4 ayı ərzində 1.04 mlrd. kVt/st, 2020-ci ildə 3 mlrd. kVt/st, 2021-ci ildə 3.08 mlrd. kVt/st, cari ilin 7 ayı ərzində isə 1.8 mlrd. kVt/st təşkil edib.
Xatırladaq ki, 2019-cu ilin sentyabrın 5-də Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən stansiyanın layihə gücü 409 MVt-dır.
Son xəbərlər
Digər xəbərlər