“Şimal axını-2” qaz boru kəmərinin tikintisi tam başa çatdırılıb.
Bu barədə “Qazprom” şirkətinin açıqlamasında deyilir.
Qeyd olunur ki, kəmərin tikintisi bu gün (10 sentyabr) səhər başa çatıb.
“Şimal axını-2” layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kub/metr olan iki qaz xəttinin inşasını nəzərdə tutur.
“Qazprom” kəməri bu ilin sonuna istismara vermək niyyətindədir.
Şirkətin məlumatına görə, “Şimal axını-2” kəməri ilə cari ildə 5,6 milyard kub/metr qaz nəqli oluna bilər.
“Bloomberg” agentliyi isə öz mənbəyinə istinadən “Qazprom”un birinci xətlə bu il oktyabrın 1-dən, hər iki xətlə isə dekabrın 1-dən qaz nəqli etməyi planlaşdırdığı barədə məlumat yayıb.
Qeyd edək ki, ABŞ-ın sanksiya təhlükəsi ilə əlaqədar İsveçrənin “Allseas” şirkəti boruların döşənməsindən imtina etdiyinə görə kəmərin tikintisi 2019-cu ilin dekabrında dayandırılmışdı.
2020-ci ilin dekabrından istə tikinti işləri yenidən bərpa olunub.