14 C
Baku
Şənbə, May 21, 2022

“Şimal Axını 2″nin operator şirkəti müflis olmaq barədə düşünür

İsveçrədə qeydiyyatda olan və “Şimal Axını -2” qaz boru kəmərinin operatoru olan rus şirkəti “Nord Stream 2 AG” sanksiyalara görə müflis olmaq barədə düşünür.

Banküer.az xəbər verir ki, bu barədə “Reuters”in ekskülüziv mənbəsi bildirir.

ABŞ ötən həftə Rusiyanın Ukraynanın şərqindəki iki separatçı bölgəni tanımasından və Qərbin iqtisadi sanksiyalar dalğasına səbəb olmasından sonra “Nord Stream 2 AG”ya sanksiya tətbiq edib.

“Nord Stream 2 AG” İsveçrədə qeydiyyatdan keçmiş və Rusiyanın dövlət qaz nəhəngi “Qazprom”a məxsus olan Rusiyadan Almaniyaya qaz nəql etmək qabiliyyətini iki dəfə artırmaq üçün nəzərdə tutulan 11 milyard dollarlıq layihəni keçən il tamamlamışdı.

Şirkətdən bu barədə “Reuters”ə hər hansısa şərh verilməyib.

Xatırladaq ki, “Şimal axını-2” layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tututulurdu.

Son xəbərlər
Oxşar xəbərlər