10 C
Baku
Tuesday, November 29, 2022

““Şimal axını” kəmərlərinin təmiri yarımildən çox davam edə bilər”

““Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində baş verən qəzadan sonra təmir işləri yarımildən daha çox zaman tələb edə bilər”.

Bunu Rusiya Dövlət Dumasının energetika məsələləri üzrə komitənin rəhbəri Pavel Zavalnıy deyib.

Xatırladaq ki, Rusiyadan Avropaya çəkilən əsas qaz kəməri olan “Şimal axını” və “Şimal axını-2”də eyni vaxtda üç yerdən sızma qeydə alınıb.

Qeyd edək ki, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell sözügedən qaz kəmərlərində qeydə alınan sızmanın qəsdən törədilmiş əməllərin nəticəsi olduğunu iddia edib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər
X