14 C
Baku
Sunday, November 24, 2024

“Şimal axını”nda dördüncü sızma aşkar edilib

İsveçin Sahil Mühafizəsi “Şimal axını”nda dördüncü sızma aşkar edib.

Bu barədə İsveçin “Svenska Dagbladet” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərində eyni vaxtda insidentlər baş verib. Danimarka və İsveç səlahiyyətlilərinin məlumatına görə, Bornholm adasının yaxınlığında “Şimal axını”nda iki və “Şimal axını 2”də bir qaz sızması aşkar edilib. Almaniya, Danimarka və İsveç hadisənin təxribat olduğunu istisna etmir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər