“Şimal axını” boru kəmərini partlatmaqda günahlandırılan Ukrayna vətəndaşı Sergey K. həbs edilib.
Bununla bağlı Almaniya Federal Ədalət Məhkəməsi qərar verib.
Prokurorların dediyinə görə, sözügedən şəxs 2022-ci il 26 sentyabr tarixində təxribat qrupuna başçılıq etməklə, Baltik dənizinin dibinə dalaraq “Şimal axını” və “Şimal axını 2” boru kəmərlərini partladıb.
Müttəhim isə həmin vaxt Ukraynada hərbi xidmətdə olduğunu iddia edib.
Qeyd edək ki, Sergey K. İtaliyada saxlanılaraq Almaniyaya ekstradisiya edilib.
Xatırladaq ki, “Şimal axını” və “Şimal axını 2” boru kəmərləri ilə Rusiya qazı Almaniyaya nəql olunur.







