29 C
Baku
Tuesday, July 23, 2024

“Şimal axını”nın fəaliyyəti tamamilə dayandırıldı

“Şimal axını” qaz borusunun fəaliyyəti tamamilə dayandırılıb.

Rusiyanın “Qazprom” şirkəti Avropanı qaz ilə təchiz edən “Şimal axını” qaz borusunun yeganə işlək mühərrikinin sıradan çıxdığını və boru ilə qaz nəqlinin tamamilə dayandırıldığını açıqlayıb.

Nasazlıq barədə “Siemens” şirkətinin baş icraçı direktoru Kristian Bruxa məlumat verilib.

Qeyd edək ki, Rusiyadan Avropaya qaz nəql edən əsas boru kəməri “Şimal axını” avqustun 31-dən sentyabrın 2-ə kimi təmiri dayandırılmışdı. Bu gün “Qazprom” kəmərin turbinlərinin hamısı təmir olunmayınca, işləməyəcəyini elan edib. Hazırda Rusiyadan Avropaya qaz Urenqoy-Pomara-Ujqorod boru kəməri və “Türk axını” vasitəsilə daşınır.

 

 

Son xəbərlər
Digər xəbərlər