8 C
Baku
Wednesday, November 30, 2022

“Şimal axın”larındakı partlayışlardan ən çox xeyir qazanan tərəf ABŞ-dır”

“Şimal axını-1” və “Şimal axını-2” boru kəmərlərində baş vermiş partlayışlardan ən çox xeyir götürən tərəf ABŞ-dır.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

O əlavə edib ki, baş vermiş cinayətin sifarişçiləri və icraçılarının aşkarlanması üçün koordinasiya olunmuş tədbirlər həyata keçirilməlidir:

“Boru kəmərlərindəki partlayışlar barədə xəbər yayılandan sonrakı ilk dəqiqələrdə Qərb günahkarların axtarışı üçün aktiv kampaniya başladı. Aydın məsələdir ki, hadisədən ən çox və ən əsas da iqtisadi xeyir götürən tərəf ABŞ-dır”.

Xatırladaq ki, sentyabrın 26-da “Şimal axını-1” və “Şimal axını-2” boru kəmərlərində qəfildən təzyiq aşağı düşüb. Danimarka kəmərdə çox böyük sızma aşkarlayıb. İsveç hadisənin partlayış nəticəsində baş verdiyini bildirib. NATO bu hadisəni diversiya adlandırıb və eyni zamanda Rusiya Prezidenti Vladimir Putin baş verənləri terror aktı kimi qiymətləndirib.

Hələlik baş verənlərə görə heç bir tərəf məsuliyyəti öz üzərinə götürməyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X