“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi boyunca sərhəd-keçid prosedurları sadələşdiriləcək.
Bu, Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunmuş üçtərəfli görüşə dair Kommünikedə əksini tapıb.
Eyni zamanda dəhliz boyunca nəqliyyat, sərhəd və gömrük əməliyyatlarının rəqəmsallaşdırılmasının zəruriliyi vurğulanıb.