Bu ilin yanvar-iyul aylarında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının həcmi 434 min 651 ton olub.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25% çoxdur.
Tranzit yüklər dəhlizin Azərbaycandan keçən Astara-Yalama və Yalama-Astara istiqamətləri üzrə daşınıb.