6 C
Baku
Sunday, December 15, 2024

Şimal-Cənub dəhlizi ilə yükdaşımaların həcmi bu il 60%-dən çox artıb

Şimal-Cənub nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi ilbəil artır.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş Nazirinin müavini, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, əgər ötən il yükdaşımaların həcmi 8 dəfəyədək artmışdırsa, bu ilin ötən dövründə artım 60%-i ötüb: “Artıq ildə 200 min tondan çox yük daşınır”.

Baş Nazirin müavini əlavə edib ki, hazırda yeni Şimal-Qərb dəhlizi ilə Rusiya ərazisindən yüklərin Azərbaycan, Gürcüstan və Türkiyə limanlara çıxışla həyata keçirilir: “Bu ilin keçən dövründə sözügedən nəqliyyat dəhlizi ilə daşından yüklərin həcmi 50%-dən çox artıb”.

©APA

Son xəbərlər
Digər xəbərlər