Rusiya, Qazaxıstan, Türkmənistan və İrandan keçən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin şərq qolunun 15 mln. tona qədər nəqletmə potensialı var.
Bunu İran İslam Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Kazem Cəlali Həştərxanda keçirilən Xəzər Forumunda jurnalistlərə bildirib.
“”Şimal-Cənub” dəhlizinin bu şərq qolunun illik potensialı 15 milyon tona qədərdir”, – səfir qeyd edib.
Onun sözlərinə görə, 2023-cü ildə ölkələr bu istiqamət üzrə yük daşımağa başlayıb, daşımaların həcmi 650 min ton təşkil edib. 2024-cü ildə bu göstəricinin 2 mln. tona çatdırılması planlaşdırılır.